• cümə axşamı, 25 aprel, 17:36
  • Baku Bakı 23°C

Bricit Brink: “Dağlıq Qarabağ münaqişəsindəki status-kvo qeyri-stabildir”

17.11.16 20:37 733
Bricit Brink: “Dağlıq Qarabağ münaqişəsindəki status-kvo qeyri-stabildir”
Aprel hadisələri Dağlıq Qarabağ münaqişəsində hazırkı status-kvonun qeyri-stabil olduğunu göstərdi.

APA-nın "RİA Novosrti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricit Brink bildirib.

"Biz həqiqətən hesab edirik ki, status-kvo qeyri-stabildir”, - deyə Brink ABŞ-ın İrəvandakı səfirliyində jurnalistlərlə görüşündə bildirib.

O, etimad tədbirlərinin möhkəmləndirilməsi, danışıqların bərpa edilməsi istiqamətində iş aparılmasının vacib olduğunu qeyd edib: "Münaqişənin nizamlanması Ermənistan üçün də müsbət olacaq”.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə AzərbaycanınDağlıq Qarabağərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın,Kəlbəcər,Ağdam,Füzuli,Cəbrayıl,Qubadlı,Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli iləATƏT-in Minsk qrupu məşğul olur. QrupATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlıBMTTəhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədənBMTBaş Assambleyası,AŞPA,ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
banner

Oxşar Xəbərlər