• cümə, 19 Aprel, 14:22
  • Baku Bakı 25°C

Bricet Brinks: “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”

22.11.16 19:53 967
Bricet Brinks: “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”
"Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”.

APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinks deyib.

Onun sözlərinə görə, ABŞ münaqişə tərəfləri ilə işləyərək münaqişənin hərtərəfli və sülh yolu ilə həllinin tapılması işinə sadiqdir.

B. BrinksATƏTin Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin istefası məsələsinə də toxunub: "Uorlikin xidmətlərini yüksək qiymətləndiririk. O 3 il bu vəzifəni icra etdi. Biz onunla aprel döyüşlərində sıx işlədik. Yeni həmsədrin adı isə hələlik məlum deyil".
banner

Oxşar Xəbərlər