• cümə axşamı, 25 aprel, 16:30
  • Baku Bakı 23°C

“Brexit”dən sonra daha bir referenduma ehtiyac var

17.09.18 10:00 292
“Brexit”dən sonra daha bir referenduma ehtiyac var
Müxalifət İşçi Partiyasının üzvü, Londonun Bələdiyyə başçısı Sadiq Xan Böyük Britaniyanın Avropa İttifaqının (Aİ) tərkibindən çıxmasından (Brexit) sonra daha bir referenduma ehtiyac olduğunu bildirib.
Sadiq Xan "The Observer” jurnalında dərc edilən məqaləsində qeyd edir ki, Aİ-dən çıxma prosesi ölkə iqtisadiyyatı, əmək bazarı və səhiyyə sistemi üçün xoşagəlməz nəticələrə gətirib çıxara bilər.
Böyük Britaniyanın altı ay ərzində Aİ-dən çıxması gözlənilir, ancaq hökumət və Brüssel arasında hər hansı bir razılaşma əldə olunmayıb.
Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Tereza Mey "The Sunday Telegraph” qəzetinə açıqlamasında hökumətin yeni bir referenduma razılıq verməyəcəyini diqqətə çatdırıb.
banner

Oxşar Xəbərlər