• cümə axşamı, 28 mart, 18:45
  • Baku Bakı 13°C

“Brent”in qiyməti son 4 ilin maksimumuna yüksəlib

02.10.18 13:00 685
“Brent”in qiyməti son 4 ilin maksimumuna yüksəlib
"Brent” markalı neftin bir barrelinin qiyməti son 4 ilin maksimumuna çatıb.
AZƏRTACxəbər verir ki, "qara qızıl”ın qiyməti Çin şirkətlərinin ABŞ-ın İrana qarşı tətbiq edəcəyi sanksiyaların iştirakçısı olacağı ilə bağlı çıxan xəbərlər fonunda yüksəlir.
Londonun ICE birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 85,18 dollaradək bahalaşaraq 2004-cü ilin noyabrından etibarən ən yüksək səviyyə çatıb. "Brent” qiyməti əvvəlki həftə ilə müqayisədə 3 faiz bahalaşıb və maksimum səviyyəyə, yəni 85,41 dollar/barrelədək artıb.
"Light” markalı neftin bir barrelinin qiyməti isə Nyu-Yorkun NYMEX birjasında 3,2 faiz artaraq 75,65 dollara çatıb və son 4 ildə ən yüksək səviyyəyə yüksəlib.
Xam neftin qiymətindəki sıçrayışa Çinin neft-qaz nəhəngi "Sinopec” şirkətinin İrandan aldığı neftin həcmini iki dəfə azaldacağına dair qərarı həlledici rola malik olub.
Analitiklərin fikrincə, bazar bu qərarı dünyanın ən böyük neft istehlakçılarından biri olan Çinin ABŞ-ın İrana qarşı sanksiyalarına riayət edəcəyi kimi qiymətləndirib.
Bundan əlavə, ABŞ-Kanada-Meksikanın yeni ticarət razılaşmasının rəsmi Vaşinqtonun poladın qiymətinə tətbiq etdiyi vergiyə təsirsiz olduğu bildirilir.
"Bank of America”nın analizinə əsasən, Kanada və Meksikadan idxal olunan polada 25 faiz vergi tətbiq edilməsi ABŞ neft istehsalı və ixracında əsas regionlardan olan Permian hövzəsində yeni boru kəməri təchizatına mənfi təsir göstərəcək.
Qeyd edək ki, hazırda "Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 85,11 dollara, "Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 75,68 dollara alıcı axtarır.
banner

Oxşar Xəbərlər