• çərşənbə axşamı, 19 mart, 08:23
  • Baku Bakı 8°C

Brent neftinin qiyməti martdan etibarən ilk dəfə 57 dolları ötüb

25.09.17 14:40 1031
Brent neftinin qiyməti martdan etibarən ilk dəfə 57 dolları ötüb
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişir.
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 0,13 dollar və ya 0,26% azalaraq 50,53 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barrelinin dəyəri isə 0,23 dollar və ya 0,40% artaraq 57,09 dollar olub.
Beləliklə, Brent markalı neftin 1 barrelinin qiyməti 2017-ci ilin mart ayından etibarən ilk dəfə 57 dolları ötüb.
Bugünkü ticarət sessiyasında Brent və WTI markalarının qiymətləri arasındakı spred 6,56 dollara çatıb ki, bu da 2015-ci ilin avqust ayından etibarən maksimal göstəricidir.
banner

Oxşar Xəbərlər