Brent neftinin qiyməti artıb
Dünya birjalarında Brent nefti cüzi bahalaşıb.
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,03 dollar və ya 0,07% azalaraq 44,70 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,04 dollar və ya 0,09% artaraq 47,04 dollar olub.