• cümə axşamı, 25 aprel, 07:46
  • Baku Bakı 14°C

Brent nefti bahalaşır

04.07.16 10:34 1089
Brent nefti bahalaşır
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə dəyişməyərək 48,99 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,02 dollar artaraq 50,37 dollar olub.
Neft OPEC və ABŞ rəsmi dairələrinin bəyanatlarından sonra bahalaşıb. Belə ki, Səudiyyə Ərəbistanının energetika naziri Xalid əv-Falih və OPEC-in baş katibi Məhəmməd Barkindo bildiriblər ki, neft bazarı balansa doğru hərəkət edir ki, bu da nefti bahalaşdırır.
ABŞ-ın Energetika Nazirliyi də analoji fikirdədir.
banner

Oxşar Xəbərlər