• şənbə, 20 Aprel, 16:08
  • Baku Bakı 23°C

Brent nefti 53 dollara endi

06.01.15 09:16 1087
Brent nefti 53 dollara endi
Dünya bazarlarında neftin qiymət ucuzlaşmaqda davam edir.
“APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti sonuncu hərraclarda 1 barelə görə 50,14 dollar təşkil edib.
London birjasında isə Brent markalı neftin 1 barelinin dəyəri 53,27 dollara enib.
Bununla da, “qara qızıl”ın dəyəri 2009-cu ilin may ayından etibarən ən aşağı səviyyəyə düşüb.
Analitiklər hesab edir ki, neftin kəskin ucuzlaşmasına səbəb dünyada “qara qızıl”a tələbatın azalmasına baxmayaraq istehsalın artırılmasıdır.
banner

Oxşar Xəbərlər