• cümə, 19 Aprel, 12:39
  • Baku Bakı 25°C

Brent markalı neftin qiyməti 54 dolları ötüb

22.05.17 09:45 1379
Brent markalı neftin qiyməti 54 dolları ötüb
Dünya birjalarında neft bahalaşmaqdadır.
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,47 dollar və ya 0,93% artaraq 50,80 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,47 dollar və ya 0,88% artaraq 54,08 dollar olub.
Brent markalı neftin 1 barelinin qiyməti aprelin 18-dən etibarən ilk dəfə olaraq 54 dolları ötüb.
Neftin bahalaşmasına səbəb mayın 25-də Avstriyanın paytaxtı Vyanada OPEC və kartelə üzv olmayan ölkələrin iştirakı ilə keçiriləcək görüşdə 2018-ci ilədək sutkalıq hasilatın 1,8 mln. barel azaldılmasına dair razılığın əldə olunması ehtimalının yüksək olmasıdır.
banner

Oxşar Xəbərlər