• cümə axşamı, 28 mart, 16:01
  • Baku Bakı 16°C

“Brent” markalı neftin qiyməti 3 dollar düşüb

03.01.17 23:20 1072
“Brent” markalı neftin qiyməti 3 dollar düşüb
ICE birjasında 2017-ci ilin mart fyuçersləri üzrə "Brent” markalı neftin qiyməti axşam saatlarında 2,99 dollar enərək, 55, 39 dollar/barelə çatıb.

APA-nın "RBK”ya istinadən verdiyi xəbərə görə, bu göstərici 2016-cı ilin dekabrın 27-dən bəri ən aşağı göstəricidir.

Qeyd edək ki, günorta saatlarında "Brent” markalı neftin bir barelinin qiyməti təxminən 3 faiz qalxaraq, 2015-ci ilin iyulundan bəri ilk dəfə olaraq 58 dolları keçmişdi.

Ekspertlər qiymətin aşağı düşməsini dolların kəskin möhkəmlənməsi ilə əlaqələndirilirlər.
banner

Oxşar Xəbərlər