Bred Pittin ölüm xəbəri yayıldı

Bred Pittin ölüm xəbəri yayıldı

Təfsilat
18 Dekabr 2012, 09:59 1148
“Bred Pitt İsveçrənin dağ kurortlarının birində həlak olub. Yüksək sürətlə xizəklə sürüşən aktyor müvazinətini saxlaya bilməyərək ağaca çırpılıb və aldığı zərbədən yerindəcə keçinib”.

Belə bir şok xəbər ABŞ-ın məşhur informasiya portallarından olan “Global Associated News”-da yer alıb.

Bəzi mətbuat orqanları isə xəbərin yalan olduğunu bildirib: “Bu məqalə bağdan-ayağa yalandır. Real faktları əks etdirmir və insanların əyləncəsinə xidmət edir”.

Bəzi məlumatlara görə, hazırda Bred Pitt həyat yoldaşı Ancelina Coli ilə birlikdə iki film üzərində işləyir. Türkiyə KİV-i isə cütlüyün 21 dekabrda gözlənilən hadisələrdən qorunmaq üçün Türkiyəyə üz tutduğunu yazır.