• cümə, 29 Mart, 19:45
  • Baku Bakı 14°C

Braziliyanın “xəsislik mədəniyyəti” haqda danışdı

08.07.20 15:30 821
Braziliyanın “xəsislik mədəniyyəti” haqda danışdı
Braziliya yığmasının sabiq futbolçusu Juninyo Pernambukano PSJ-nin futbolçusu Neymarın durumu ilə bağlı danışıb.
Kaspi.az xəbər verir ki, Juninyo Neymarın PSJ-yə pula görə keçdiyini deyib. O, vətəni Braziliyada futbolçuların düzgün tərbiyə olunmadığını da vurğulayıb:
"Braziliyada bizə anacaq pul haqda düşünməyi öyrədirlər. Avropada isə mentalitet tamamilə fərqlidir. Mən özüm üçün plan qurmuşdum. Braziliyanın daha nəhəng klublarına keçmək istəyirdim. Ancaq etiraf edim ki, bu planı sırf idman prinsipləri əsasında qurmamışdım. Məni belə öyrətmişdilər: kim daha çox pul verirsə, onun üçün oynamaq lazımdır. Bu, Braziliya yoludur.
Neymara baxın. O, PSJ-yə pula görə keçdi. Paris klubu ona istədiyi hər şeyi verdi. Amma indi isə Neymar müqavilə müddəti bitməmiş PSJ-ni tərk etmək istəyir. Amma belə olmamalıdır. O, indi bütün qüvvəsini komandanın uğurlarına sərf etməlidir.
Problem ondadır ki, "Braziliyada "xəsislik mədəniyyəti” hökm sürür. Hamı həmişə daha çox pul istəyir. Bax, bizi belə tərbiyə ediblər. Bunda günahkar kimdir? Neymar, yoxsa Braziliya cəmiyyəti? Onu belə öyrədiblər. Ona görə, futbolçu Neymarla insan Neymarı fərqləndirmək lazımdır.
O, futbolçu kimi dünyanın 3 ən yaxşı oyunçusundan biridir. Amma insan kimi günahkardır. O, bu barədə özünə sual verməli və inkişaf etməlidir. Ancaq hazırda necə tərbiyə edilibsə, elə də hərəkət edir”.
banner

Oxşar Xəbərlər