Braziliyanın xarici əlaqələr naziri Azərbaycana gələcək
Braziliya Federativ Respublikasının xarici əlaqələr naziri Aloysio Nunes Ferreira noyabrın 15-də Azərbaycanda rəsmi səfərdə olacaq.
XİN-dənAPA-ya bildirilib ki, səfər çərçivəsində Aloysio Nunes Ferreiranın xarici işlər naziriElmar Məmmədyarovvə digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.
Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.