Braziliyanın məşhur qapıçısı öldü
Braziliya yığmasının və "San-Paulu”nun sabiq qapıçısı Valdir Peres
ölüb.
Kaspi.az xəbər verir ki, Peres 66 yaşında dünyasını dəyişib. Onun
ürəktutmasından vəfat etdiyi bildirilir. O, karyerasının əksər hissəsini "San-Paulu”da
keçirib.
Valder 1973-84-cü illərdə bu klubun heyətində 600 oyuna çıxıb və
1977-ci ildə Braziliya çempionu olub. O, Braziliya yığmasının heyətində
DÇ-1978-də iştirak edib və bürünc medal qazanıb.
Peres DÇ-1974 və DÇ-1982-də də yığmanın heyətində olub.