• cümə, 19 Aprel, 17:34
  • Baku Bakı 25°C

Braziliyanın informasiya portalı Azərbaycan səfirinin müsahibəsini yayıb

27.05.18 14:34 584
Braziliyanın informasiya portalı Azərbaycan səfirinin müsahibəsini yayıb
Agenciabrasil EBC informasiya portalında Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxovun "Azerbaijan bolsters economic cooperation with Brazil” adlı müsahibəsi dərc edilib.
SəfirlikdənAZƏRTAC-a bildiriblər ki, müsahibədə Azərbaycanla Braziliya arasında diplomatik münasibətlərin qurulmasının iyirmi beş illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının yüz illiyinə geniş yer ayrılıb. Səfir ölkəmiz haqqında, Azərbaycanla Braziliya arasında siyasi və iqtisadi əlaqələrə dair ətraflı məlumat verib. Qeyd olunub ki, ötən il Braziliya Azərbaycana 172 milyon ABŞ dolları, Azərbaycan isə Braziliyaya 112 min ABŞ dolları məbləğində əmtəə ixrac edib.
Müsahibədə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verilib, Azərbaycan ərazisinin iyirmi faizinin - Dağlıq Qarabağın və yeddi ətraf rayonun Ermənistan tərəfindən işğal edildiyi vurğulanıb.
Müsahibənin tam mətni bu linkdən tanış olmaq mümkündür:http://agenciabrasil.ebc.com.br/en/internacional/noticia/2018-05/azerbaijan-bolsters-economic-cooperation-brazil
banner

Oxşar Xəbərlər