• cümə axşamı, 28 mart, 22:54
  • Baku Bakı 13°C

Braziliyanın Azərbaycandakı səfiri ilə müzakirələr aparılıb

14.11.17 13:05 927
Braziliyanın Azərbaycandakı səfiri ilə müzakirələr aparılıb
İqtisadiyyat naziri Şahin Mustafayev Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Santyaqo Luis Bento Fernandes Alkasarla görüşüb.
Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Braziliya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi-ticarət əlaqələrinin də bu səviyyəyə qaldırılmasının vacibliyini vurğulayıb. Qeyd edilib ki, ölkələrimiz arasında ticarət və investisiya əməkdaşlığı sahəsində imzalanmış anlaşma memorandumları, 2017-ci ildə yaradılmış Azərbaycan Respublikası Hökuməti və Braziliya Federativ Respublikası Hökuməti arasında Ticarət və İnvestisiyalar üzrə Birgə İşçi Qrupu iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətlidir. Nazir Şahin Mustafayev kənd təsərrüfatı, turizm, idman və s. sahələrdə əməkdaşlıq imkanlarını, sahibkarlar arasında əlaqələrin qurulmasının əhəmiyyətini, Braziliyanın Şimal-Cənub nəqliyyat dəhlizinin istifadə imkanlarını diqqətə çatdırıb.
Braziliya Azərbaycandakı səfiri Santyaqo Luis Bento Fernandes Alkasar Azərbaycanın Braziliya üçün Şərq və Qərb arasında yerləşən strateji ölkə olduğunu qeyd edərək, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini yüksək qiymətləndirib, layihənin nəqliyyat əlaqələrinin genişləndirilməsindəki əhəmiyyətini vurğulayıb. Səfir Santyaqo Luis Bento Fernandes Alkasar iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb.
Görüşdə ölkəmizə səfəri gözlənilən Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunesin səfər zamanı iqtisadiyyat naziri Şahin Mustafayevlə Azərbaycan-Braziliya ticarət-iqtisadi əlaqələrinin genişləndirilməsi perspektivlərini müzakirə etmək istəyini diqqətə çatdırılıb və müzakirə olunacaq məsələlərə dair fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər