• cümə axşamı, 28 mart, 16:21
  • Baku Bakı 16°C

Braziliyalılar “Neftçi”-də mafiya yaradıblar?

25.12.13 10:09 1447
Braziliyalılar “Neftçi”-də mafiya yaradıblar?
AFFA İcraiyyə komitəsinin üzvü Kazbek Tuayev azerisport.az saytına müsahibəsində Azərbaycan futbolunda baş vermiş son hadisələrdən danışıb.
- Yəqin ki çempionat oyunlarını izləyirsiniz. Az qala hər turda qalmaqallar baş verir. Bu haqda sizin fikrinizi bilmək maraqlı olardı.
Bu ki yaxşıdır. Bizim maraqlı və hadisələrin tamamilə sürətlə inkişaf etdiyi çempionatımız var. Düşünürsünüz ki, bu, yalnız bizdə baş verir? Başqa ölkələrdə də vəziyyət belədir.
- Bəs oyunlardan sonra tez-tez dava-dalaş düşməsi, hakimlərin təhqir edilməsi?
Bunu meydandan kənarda olması, meydanda olmasından yaxşıdır. Bəzi futbol xadimlərinin mədəniyyəti hələlik axsayır. Kiminsə yüksək iddiaları var, kiminsə acığı. Bütün bunlar futbola marağı artırır.
- Təəssüf ki, bütün bunlar oyunların oyunlara azarkeş axınında əksini tapmır.
Bəli, təəssüf ki, oyunlara axın bizdə aşağıdır. Qonşu Rusiyada da bu göstəricidə hər şey elə də yaxşı deyil. Premyer-liqanın lideri “Lokomotiv”in oyunlarında tribunalar demək olar ki, boşdur. Orada iki-üç komandanın oyununa gedirlər. Bizim klublar azarkeşlərlə işləməlidir. İngilis klublarında bu sahə üzrə mütəxəssislər var. Onlar yalnız bu istiqamətdə işləyir.
- Topaz Premyer Liqasında danışılmış hakimliyin mövcudluğu barədə bəzi klub rəhbərlərinin fikri ilə razısınız?
Hər nə istəsən, demək olar. Sübut edin ya da susun. Görəsən hakimlik harada elə yaxşıdır ki, müzakirə olunmasın? Siz İtaliyaya, Rusiyaya baxın. Orada da bizdə olan vəziyyətdir. Haradasa, kimdəsə rəğbət ola bilər, ancaq danışılma haqda söhbət belə gedə bilməz. Baxın, son vaxtlar nə qədər cavan hakimlərimiz ərsəyə gəlib. Hakimləri danışılmış oyunlarda günahlandırmaq futbolumuzda olan ən pis hal deyil. 90-cı illərdə regionlarda hakimləri oyunqabağı kötəkləyirdilər. Bundan sonra rəqib qapısına iki penalti təmin edilirdi. Əvvəllər qayda-qanun az idi. İndi hakimlər mühafizə ilə gəzir.
- Futbolumuzda arzuolunmaz elementlərin kökünü necə kəsmək olar?
Azərbaycan futbolunda qorxulu heç nə yoxdur. İngiltərə və İtaliyada ümumiyyətlə bıçaqlaşma ilə məşğuldurlar. Məni Nazim Süleymanov narahat edir. Ona “Neftçi”də Braziliya mafiya ilə çətindir.
- “Neftçilər”in braziliyalı oyunçularının mafiya yaratdığını nədən götürdünüz?
Klubda iki braziliyalı dərhal qruplaşma yaradır. “Neftçi”də isə dörd braziliyalı var. Belə qrupları dağıtmaq lazımdır. Onlar komandaya yaxşı heç nə gətirmir. Valeri Qazzayev Moskva ÇSKA-da məşqçi olan vaxtlarda arzuolunmaz elementləri komandadan necə kənarlaşdırdığını mənə danışmışdı. Nazim Süleymanova bu mafiyanın öhdəsindən necə gəlməyi məsləhət verə bilərəm.
banner

Oxşar Xəbərlər