• cümə axşamı, 28 mart, 19:51
  • Baku Bakı 13°C

Braziliyalı Azərbaycan klubunda

10.01.14 16:34 1427
Braziliyalı Azərbaycan klubunda
"Rəvan"a yeni baş məşqçi təyin olunmuş Güvenç Kurtar artıq ilk transferini həyata keçirib. Futbolinfo.az xəbər verir ki, türkiyəli mütəxəssis paytaxt klubuna braziliyalı hücumçu gətirib.
Söhbət Tyaqo Mirasemadan gedir. Bundan sonra o, Bayıl təmsilçisinin şərəfini qoruyacaq.
Komandanın düşərgəsinə qoşulmasına baxmayaraq, braziliyalı hücumçu bu gün "Sumqayıt"la qarşılaşmada forma geyinməyib. Axşam komandanın legionerləri Güvenç Kurtarın köməkçilərinin başçılığı ilə məşq edəcək. Əcnəbi futbolçuların hamısı "Araz Naxçıvan"la qarşılaşmada forma geyinəcək.
Qeyd edək ki, əslən braziliyalı olan Mirasema sol cinah vingeridi. 26 yaşlı futbolçu Braziliyanın "Sampayo" klubuna məxsusdu. O, yerli "Vila Nova" (2010), "San Xose" (2011), həmçinin Bolqarıstanın "Liteks" (2011/12), "Montana" (2013) klublarının da şərəfini qoruyub. Amma "Sampayo" onu son dörd kluba, sadəcə, icarə əsasında yollayıb. Mirasemanın "Rəvan"a icarəyə, yaxud tam hüquqlu transfer kimi keçməsi hələlik bəlli deyil.
banner

Oxşar Xəbərlər