• cümə, 29 Mart, 16:54
  • Baku Bakı 14°C

Braziliyada avtobusu girov götürən şəxs güllələnib

20.08.19 21:15 9707
Braziliyada avtobusu girov götürən şəxs güllələnib
Rio-de-Janeyroda avtobusda sərnişinləri girov götürən silahlı şəxs zərərsizləşdirilib.
Trend-in məlumatına görə, 31 nəfəri 3 saat avtobusda girov saxladıqdan sonra cinayətkar snayperlə neytrallaşdırılıb. O, aldığı xəsarətdən ölüb.
Avtobusda 31 nəfər olub. Onlar 3 saat girovluqda qalıb. Girovların vəziyyəti barədə məlumat verilmir. İnsident yerinə bir neçə təcili yardım avtomobili gəlib.
Qeyd edək ki, səhər saatlarında silahlı və maskalı şəxs körpünün üzərində sərnişin avtobusunu saxlayaraq nəqliyyat vasitəsini yandıracağı ilə hədələyib.
banner

Oxşar Xəbərlər