• cümə, 29 Mart, 09:24
  • Baku Bakı 5°C

Braziliya prezidenti koronavirusa yoluxub

07.07.20 21:25 661
Braziliya prezidenti koronavirusa yoluxub
Braziliya Prezidenti Jair Bolsonaru koronavirus infeksiyasına yoluxduğunu bildirib.
APA"TASS”-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı özü iqamətgahında jurnalistlərə açıqlama verərkən deyib.
"COVID-19-a üzrə testin nəticəsi müsbət oldu”, - deyə "G1” portalı prezidentdən sitat gətirib. Bolsonaru, həmçinin özünü yaxşı hiss etdiyini də bildirib.
Xəstəliyin simptomları barədə braziliyalı prezident bundan bir gün əvvəl açıqlama vermişdi. O, hərarətinin 38 dərəcəyədək qalxdığını, maqnit-rezonans tomoqrafiyası zamanı ağ ciyərlərində problemin aşkarlanmadığını qeyd etmişdi.
banner

Oxşar Xəbərlər