• cümə, 08 Noyabr, 07:48
  • Baku Bakı 4°C

Braziliya paytaxtında komendant saatı tətbiq edilib

09.03.21 11:00 416
Braziliya paytaxtında komendant saatı tətbiq edilib
Braziliyanın paytaxtı Braziliada koronavirusun yayılması səbəbindən komendant saatı tətbiq edilib.
APATASS-a istinadən xəbər verir ki, müvafiq qərar paytaxt federal dairəsinin qubernatoru İbaneys Roşa tərəfindən imzalanıb.
"Vəziyyət kritikdir. Bu gün saat 22:00-da qüvvəyə minəcək komendant saatı elan edirəm. Federal dairə ərazisindəki hər kəs 22:00-dan 05:00-dək evlərində qalmalıdır. Hərəkət məhdudiyyətləri martın 22-dək qüvvədə olacaq”, - deyə qubernator "Twitter”də yazıb.

Onun sözlərinə görə, belə bir məhdudiyyət "virusun yayılmasına qarşı olan yeganə müqavimət üsuludur”. Yalnız səhiyyə müəssisələri, baytarlıq klinikaları və cənazə evləri saat 22:00-dan sonra işə davam edə bilər.
Qeyd edək ki, Braziliyada son sutka ərzində 32 321nəfərin koronavirus infeksiyasına yoluxması,987nəfərin isə bu virusdan ölməsi Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənib.
Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə11 051 665nəfər yoluxub. Bu müddət ərzində266 398koronaviruslu xəstə dünyasını dəyişib.
Həmçinin bu günədək 9 782 320 xəstə müalicə olunaraq sağalıb.
banner

Oxşar Xəbərlər