• cümə axşamı, 25 aprel, 09:53
  • Baku Bakı 14°C

Braziliya onunla davam edəcək, Tite tarixə düşdü

26.07.18 10:40 493
Braziliya onunla davam edəcək, Tite tarixə düşdü
Braziliya yığması DÇ-2022-yə də Titenin rəhbərliyi altında gedəcək.
Kaspi.az xəbər verir ki, DÇ-2018-də yığmanın 1/4 finalda dayanmasına baxmayaraq, Braziliya Futbol Konfederasiyası Tite ilə müqaviləni uzadıb.
57 yaşlı mütəxəssislə 4 illik – DÇ-2022 başa çatana qədər müqavilə bağlanıb. O, bu müqavilə ilə Braziliya futbolunun tarixinə düşüb.
Tite, Braziliya yığması dünya çempionu ola bilməsə də, baş məşqçi postundan qovulmayan ilk mütəxəssis olub.
Braziliya yığması Titenin rəhbərliyi altında 26 oyun keçirib, 20 qələbə qazanıb, 4 heç-heçə edib, 2 dəfə məğlub olub.
banner

Oxşar Xəbərlər