• çərşənbə, 24 Aprel, 13:24
  • Baku Bakı 27°C

Braziliya Kamerunu, Meksika Xorvatiyanı məğlub etdi

24.06.14 08:23 1046
Braziliya Kamerunu, Meksika Xorvatiyanı məğlub etdi
Braziliyada keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin III turunun görüşləri B qrupunun ardından A qrupunda da keçirilib.
Apasport.az saytının məlumatına görə, A qrupundan Braziliya və Meksika növbəti mərhələyə keçib.
Bu görüşlərdən Xorvatiya – Meksika matçı daha böyük maraq doğursa da, meydan sahiblərinin növbəti mərhələyə yolu Kamerunla görüşdən keçib. Braziliyaya sadəcə heç-heçə kifayət etsə də, "top sehirbazları" Kamerunun qapısından 4 qol keçirərək qələbə qazanıblar. Afrika təmsilçisi bu qollardan birinin əvəzini çıxa bilib.
1/8 finala keçən ikinci komanda Meksika olub. Matçın 72-ci dəqiqəsinə qədər hesab açılmayıb. Bundan sonra isə meksikalılar dalbadal 3 qol vurublar. Xorvatlar bu qollardan ancaq birinin əvəzini çıxa biliblər.
Beləliklə, 1/8 finalda Braziliya Çili, Hollandiya isə Meksika yığması ilə üz-üzə gələcək.
A qrupu
Kamerun - Braziliya - 1:4
Qollar: Matip, 27 - Neymar, 17; 34; Fred, 50; Fernandinyo, 84
Xorvatiya - Meksika - 1:3
Qollar: Perisic, 87 - Marques, 72; Quadrado, 75; Hernandes, 82
banner

Oxşar Xəbərlər