• cümə axşamı, 28 mart, 21:11
  • Baku Bakı 13°C

Braziliya Ermənistanı işğalçı kimi tanıyacaq

30.05.13 16:07 1447
Braziliya Ermənistanı işğalçı kimi tanıyacaq
Yaxın vaxtlarda Braziliya parlamenti Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı qətnamə qəbul edəcək.
APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan Braziliya parlamentinin Xarici əlaqələr və milli müdafiə komitəsinin sədri Nelson Pelleqrino Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanovanın rəhbərlik etdiyi deputat qrupu ilə görüşü zamanı deyib. O bildirib ki, bu məsələ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüş zamanı da müzakirə edilib və qərara alınıb ki, üzərində işlədikləri bu qətnamə tezliklə qəbul olunsun.
N. Pelleqrino ölkəsinin BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsini dəstəklədiyini xatırladaraq bu məsələyə Braziliya tərəfindən də hüquqi qiymət verilməsinin vacibliyini vurğulayıb: “Artıq Azərbaycan tərəfdən parlamentlərarası dostluq qrupu var və qısa bir zamanda Braziliya parlamentində də Azərbaycanla dostluq qrupu yaradılacaq. Bu qrupun yaradılmasından sonra Azərbaycan və Braziliya arasında bir çox məsələlərdə irəliləyişə nail olunacaq”.
banner

Oxşar Xəbərlər