• şənbə, 20 Aprel, 18:16
  • Baku Bakı 24°C

Braziliya Cənubi Amerika Millətlər İttifaqını tərk edib

16.04.19 09:22 526
Braziliya Cənubi Amerika Millətlər İttifaqını tərk edib
Braziliya Cənubi Amerika Millətlər İttifaqının (UNASUR) tərkibindən çıxıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə qərar aprelin 15-i qəbul edilib və Ekvador hökümətinə bildirilib.
Xatırladaq ki, UNASUR-dan daha əvvəl Argentina, Kolumbiya, Ekvador, Paraqvay və Peru çıxıblar. Braziliya və Çili üzvlüklərini dayandırıblar. Cənubi Amerika dövlətlərinin regional siyasi və iqtisadi birliyi kimi 2008-ci ildə yaradılan UNASUR-un tərkibində Boliviya, Venesuela, Uruqvay, Surinam və Qayana qalır.
Mart ayında Argentina, Braziliya, Kolumbiya, Paraqvay, Peru, Çili və Ekvador prezidentləri yeni regional blokun - Cənubi Amerikanın inkişafı üçün Forumun (PROSUR) yaradılması barədə saziş imzalayıblar.
banner

Oxşar Xəbərlər