• cümə axşamı, 18 aprel, 20:50
  • Baku Bakı 21°C

"Braziliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

15.11.17 13:45 918
"Braziliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
"Səfərimin məqsədi əlaqələri genişləndirmək və münasibətlərə yeni impuls verməkdən ibarətdir. Görüşdə bir sıra beynəlxalq məsələləri və Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik".

APA-nın məlumatına görə, bunu Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreira Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Qonaq bildirib ki, Braziliya sülhsevər dövlətdir və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: "Biz istəyirik ki, Minsk qrupu çərçivəsində aparılan danışıqların nəticəsi olsun və sülh bərpa edilsin. Biz əlaqələrimizdə hüquqi çərçivənin yaradılmasını müzakirə etdik. Bu, iş adamları arasında əlaqələrə təkan verəcək. Gömrük və vergi sahəsində məlumat mübadiləsi barədə danışdıq. Azərbaycanda bir çox şirkətlər var ki, Braziliyanın investisiya proqramlarında iştirak edə bilər. Biznes sahəsində əlaqələr hazırda zəifdir. Ötən il iki ölkə arasında iqtisadi komissiya yaradılıb. Mart ayında Azərbaycandan olan nümayəndə heyəti Braziliyaya gələcək”.
banner

Oxşar Xəbərlər