• cümə, 19 Aprel, 18:10
  • Baku Bakı 24°C

BP: Yeni PSA müqaviləsi bu ilin ortalarınadək imzalana bilər

06.02.17 13:35 1096
BP: Yeni PSA müqaviləsi bu ilin ortalarınadək imzalana bilər
BP şirkəti Azərbaycan hökuməti ilə Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunun işənilməsinə dair yeni Hasilatın Pay Bölgüsü Müqaviləsini (PSA) bu ilin ortalarına qədər imzalaya bilər. "APA-Economics" xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Qordon Birrel bildirib.
"Ötən ilin dekabr ayında niyyət məktubu imzalanıb. Danışıqlar uğurla davam edir və düşünürük ki, bu ilin ortalarına qədər yeni PSA müqaviləsini imzalayacağıq", - deyə o qeyd edib.
Xatırladaq ki, ötən ilin dekabrın ayının 23-də SOCAR və BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən AÇG-nin gələcək işlənməsi üçün niyyət məktubu imzalayıblar.
Bu razılaşma yataqlar blokunun 2050-ci ilədək işlənməsini əhatə edəcək və əsrin ortalarınadək əhəmiyyətli həcmdə ehtiyatların işlənməsi potensialını əlavə edəcək. Hazırda AÇG-dən hasilat gündəlik təxminən 620 min barel neft ekvivalenti səviyyəsindədir.
ABƏŞ səhmdarları BP, "Chevron", "Inpex", "Statoil", "ExxonMobil", TPAO, "Itochu" və "ONGC Videsh" şirkətləridir.
Niyyət məktubu SOCAR-ın prezidenti Rövnəq Abdullayev və ABƏŞ tərəfdaşlığı adından BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell tərəfindən imzalanıb.
Niyyət məktubu AÇG-nin gələcək işlənməsi üçün əsas kommersiya şərtlərini razılaşdırır və tərəflərə növbəti bir neçə ay ərzində danışıqları başa çatdırmaq və tam razılaşdırılmış sazişləri yekunlaşdırmaq imkanı yaradır.
Qeyd edək ki, AÇG Bakıdan şərqdə təxminən 100 km məsafədə yerləşən nəhəng yataqdır. O, Xəzər dənizində istismarda olan ən böyük neft yatağıdır və 432 kvadrat kilometrdən çox ərazini əhatə edir. Bu yataq 120-170m arasında olan su dərinliklərində yerləşir. Məhsuldar layın dərinliyi 2000-3500 metr təşkil edir.
AÇG-nin işlənməsi üçün mövcud hasilatın pay bölgüsü haqqında saziş 1994-cü ilin sentyabr ayında 30 illik müddətə imzalanıb. Yataqdan neft hasilatı 1997-ci ilin noyabr ayında başlanıb. Bu vaxtadək yataqdan 3 milyard bareldən çox neft hasil edilib və təxminən 33 milyard dollar sərmayə qoyulub.
AÇG yatağında altı hasilat platforması mövcuddur və onlar boru kəmərləri vasitəsilə Bakı yaxınlığında yerləşən dünya səviyyəli Səngəçal terminal ilə birləşdirilib. AÇG yatağından hasil edilən neft həmin terminaldan əsasənBakı-Tbilisi-Ceyhanneft ixrac boru kəməri və Supsayadək uzanan Qərb İxrac Boru Kəməri vasitəsilə dünya bazarlarına ixrac edilir.
BP şirkəti ABƏŞ və AÇG üzrə HPBS-nin Podratçı Tərəfləri adından operator qismində çıxış edir.
banner

Oxşar Xəbərlər