• çərşənbə axşamı, 19 mart, 08:53
  • Baku Bakı 8°C

BP şirkətinin baş icraçı direktoru “Dostluq” ordeni ilə təltif olunub

14.09.17 14:34 1804
BP şirkətinin baş icraçı direktoru “Dostluq” ordeni ilə təltif olunub
Azərbaycan prezidentiİlham Əliyevsentyabrın 14-də BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.
APA-nın xəbərinə görə, görüşdə bu gün Bakıda imzalanan Sazişin önəmi vurğulanıb, yeni əsrin müqaviləsinin ikitərəfli əməkdaşlıqda mühüm əhəmiyyət daşıdığı bildirilib.
Qeyd olunub ki, Azərbaycanla BP şirkəti arasında uzun illərdir, davam edən səmərəli əməkdaşlıq qarşılıqlı etimada söykənir.
Söhbət zamanı ölkəmizin müəllifi olduğu irimiqyaslı enerji layihələrinin reallaşdırılmasında BP-nin fəal tərəfdaş kimi çıxış etdiyi vurğulanıb.
Prezidentİlham ƏliyevAzərbaycanla BP şirkəti arasında səmərəli əməkdaşlığın inkişafındakı xidmətlərinə görə Robert Dadlinin Azərbaycanın "Dostluq” ordeni ilə təltif olunduğunu bildirib və ordeni ona təqdim edib.
banner

Oxşar Xəbərlər