• cümə, 19 Aprel, 15:00
  • Baku Bakı 25°C

BP-nin rəhbəri "Türk axını"nı müsbət dəyərləndirib

11.10.16 14:59 1204
BP-nin rəhbəri "Türk axını"nı müsbət dəyərləndirib
BP-nin baş icraçı direktoru Robert Dadli "Türk axını" layihəsini müsbət dəyərləndirib.

"APA-Economics" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, İstanbulda keçirilən Ümumdünya Enerji Konqresində çıxışı zamanı R. Dadli deyib: "Hesab edirəm ki, Avropaya qaz tədarük edən yeni sürətli marşrutun yaradılması yaxşı fikirdir".

"Düşünmürəm ki, "Cənub Qaz Dəhlizi" və "Türk axını" layihələri arasında birbaşa əlaqə var. Lakin mən yeni enerji axınlarının yaranmasını dəstəkləyirəm", - deyə R. Dadli çıxışından sonra jurnalistlərə bildirib.
banner

Oxşar Xəbərlər