• çərşənbə axşamı, 19 mart, 09:35
  • Baku Bakı 8°C

BP-nin regional prezidenti Azərbaycanın dövlət başçısına məktub göndərib

27.05.17 14:00 1583
BP-nin regional prezidenti Azərbaycanın dövlət başçısına məktub göndərib
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.
APA-nın məlumatına görə, onun məktubunda deyilir:"Hörmətli cənab Prezident, milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. BP şirkəti Azərbaycan ilə əməkdaşlığın davamlı surətdə genişləndirilməsinə böyük əhəmiyyət verir. Ümidvarıq ki, bu əməkdaşlıq daha da məhsuldar inkişaf edəcək. Mən BP və Azərbaycan hökuməti arasında dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə inanıram. Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Azərbaycan xalqına isə firavanlıq arzulayıram”.
banner

Oxşar Xəbərlər