• cümə, 19 Aprel, 04:03
  • Baku Bakı 18°C

"BP Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir"

29.05.18 10:41 468
"BP Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir"
"BP şirkətində Azərbaycanın 2500 vətəndaşı çalışır. Bu, Azərbaycanda əməkdaşlarımızın 95 faizini təşkil edir".
APA-nın məlumatına görə, bunu bu gün BP-nin Azərbaycan-Türkiyə-Gürcüstan üzrə regional prezidenti Qəri Cons Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində bildirib.
Qəri ConsBP-nin Azərbaycanla əməkdaşlığından danışıb: "Neft və qazın Azərbaycana verdiyi töhfədən məmnunluq duyuruq. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycana böyük sərmayələrin qoyulmasının əsasını qoydu. Prezidentİlham Əliyevbildirib ki,Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bu günü görsəydi, fəxr edərdi. Bu, bir cümlə ilə ifadə olunmuş aydın bir fikirdir. BP sizinlə əməkdaşlığı davam etdirmək istəyir".
banner

Oxşar Xəbərlər