AZE | RUS | ENG |

“BP-Azərbaycan“ın prezidenti dəyişdi

“BP-Azərbaycan“ın prezidenti dəyişdi
Rəşid Cavanşiri BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti kimi Qordon Birrell əvəz edəcək

BP bu gün Rəşid Cavanşirin Londonda BP-nin Strategiya və İnteqrasiya bölümü üzrə baş vitse-prezidenti təyin olunduğunu elan etdi. Rəşid 2009-cu ilin sentyabr ayından BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionundakı biznesinə rəhbərlik edir.

"BP-Azərbaycan" şirkətindən Trend-ə daxil olan məlumata görə, Rəşid Cavanşiri BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti kimi Qordon Birrell əvəz edəcək. Qordon öz yeni vəzifəsinin icrasına bu il noyabr ayının 15-dən başlayır.

Qordon Birrell hazırda BP-nin Hasilat bölümü üzrə Texniki Təhlükəsizlik və Əməliyyat Riski funksiyasına rəhbərlik edir. Bu vəzifədə o, şirkətin dünya üzrə hasilat bölümündə əməliyyat keyfiyyətinin təkmilləşdirilmələrini irəli aparmağa cavabdehdir.

BP-nin hasilat üzrə icraçı vitse- prezidenti Bob Frayar deyir:

"Biz Rəşidi Londona elə bir vəzifəyə aparırıq ki, onun böyük təcrübəsindən bu regiondan da geniş miqyasda və BP-nin ümumi biznesi xeyrinə istifadə edə bilək. Biz Rəşidə BP-nin Azərbaycandakı biznesinə rəhbərliyi və Azərbaycandakı, həmçinin regiondakı uğurlarımıza doğru müstəsna qətiyyətinə görə təşəkkür etmək istərdik. Biz qəti şəkildə o niyyətdəyik ki, ARDNŞ, hökumət və tərəfdaşlarımızla daha da sıx əməkdaşlıq vasitəsilə regiondakı uğurlarımızı davam etdirək. Buna nail olmaq üçün diqqətimizi işlərimizin təhlükəsiz şəkildə həyata keçirilməsinə, hasilatın maksimallaşdırılmasına və iş icrasının intensivləşdirilməsinə cəmləşdirməkdə davam edəcəyik. Bir təcrübəli rəhbər və bizim Azərbaycandakı geoloji-kəşfiyyat layihələrimizdə iştirak etmiş birisi kimi Qordon bizim buradakı uğurlu tərəfdaşlığımızı davam etdirəcək. Buna uzunmüddətli biznes planlarımızın, xüsusilə də hazırda tərəfdaşlarımız və Azərbaycan hökumətilə birgə işlənən ACG hasilatının uzunmüddətli stabilləşdirilməsi ilə bağlı planın həyata keçirilməsi yolu ilə nail olunacaq. Mən Rəşidə və Qordona öz yeni mühüm rollarında uğurlar arzulayıram."

Qeyd edək ki, Rəşid Cavanşir vəzifəsinə 2009-cu ilin sentyabrın 1-dən "Azəri-Çıraq-Günəşli", Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz qaz kəməri layihələrinin operatoru olan ВР Azerbaijan şirkətinə prezident təyin olunmuşdu. Bu vəzifədə əvvəl Bill Şreder çalışıb.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056