• cümə, 29 Mart, 06:11
  • Baku Bakı 5°C

BP Azərbaycanda qaz hasilatını artırıb

22.08.16 14:36 1048
BP Azərbaycanda qaz hasilatını artırıb
2016-cı ilin birinci yarısı ərzində "Şahdəniz” qaz-kondensat yatağı üzrə fəaliyyətlərə təqribən 225 milyon dollar əməliyyat xərcləri və təqribən 1,87 milyard dollar əsaslı xərclər çəkilib.Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz Mərhələ 2” layihəsinə aiddir.
Trend-in məlumatına görə, bu barədə BP-nin cari ilin I yarısında Azərbaycanda fəaliyyətinin yekunları üzrə hesabatında deyilir.
Hesabata əsasən, birinci yarımildə "Şahdəniz” yatağı Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), BTC şirkəti və Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına etibarlı şəkildə qaz çatdırılması üçün hasilatı davam etdirib.
Həmin dövr ərzində yataqdan 5,4 milyard standart kubmetr qaz və 1,3 milyon ton (təqribən 10 milyon barel) kondensat hasil edilib. 2015-ci ilin analoji dövründə bu rəqəm 5,2 milyard kubmetr qaz və 1,2 milyon ton kondensat olub.
Mövcud "Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 29,5 milyon standart kubmetr və ya ildə təqribən 10,8 milyard kubmetrdir.
Şahdənizdə iştirak payları belədir: BP (operator – 28,8%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%), və TPAO (19%).
banner

Oxşar Xəbərlər