“BP Azerbaijan“da kadr dəyişikliyi

“BP Azerbaijan“da kadr dəyişikliyi

İqtisadiyyat
17 Oktyabr 2012, 08:55 1155
Bu həftə "BP Azerbaijan"ın daha bir vitse-prezidentinin şirkətin Hyuston ofisində işə keçməsi ilə əlaqədar vəzifəsini tərk edəcəyi barədə məlumat verilmişdi.

"BP Azerbaijan" şirkətinin mətbuat ofisinin rəhbəri Tamam Bayatlı bu məlumatı təsdiq edərək qeyd edib ki, xeyli əvvəl planlaşdırılan yerdəyişmə artıq baş verib. Şirkətin əməkdaşının adını çəkməyərək, onun qazma işləri üzrə vitse-prezident olması qeyd edilib. Lakin şirkətin saytında qazma işləri üzrə vitse-prezident vəzifəsində Hari Krisman göstərilib.

Ötən həftə şirkətin boru kəmərləri və terminallar üzrə vitse-prezidenti Kemp Koplend təqaüdə çıxıb.

Şirkətdən qeyd ediblər ki, BP-də bütün yerdəyişmələr həyata keçirilməzdən xeyli əvvəl olduqca diqqətlə planlaşdırılır və son vaxtlar baş verən dəyişmələr məhz bunun bariz nümunəsidir. Trend