• cümə, 29 Mart, 06:28
  • Baku Bakı 5°C

“BP-Azerbaijan”: Cənubi Qafqaz Boru Kəməri layihəsinin genişləndirilməsi üzrə işlər plana uyğun davam edir

22.08.16 15:29 1205
“BP-Azerbaijan”: Cənubi Qafqaz Boru Kəməri layihəsinin genişləndirilməsi üzrə işlər plana uyğun davam edir
Bu ilin birinci yarısında Cənubi Qafqaz Boru Kəməri layihəsinin genişləndirilməsi (CQBKG) üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyu davam edib.

"APA-Economics”in "BP-Azerbaijan” şirkətinin hesabatına istinadən məlumatına görə, Azərbaycanda kəmər xəttinin inşası üzrə tikinti işləri artmaqda davam edib. Təqribən 129 km uzunluğunda borular artıq qaynaq edilib, 112 km boru örtüklənib və 85 km boru xəndəyə endirilib.

Xəndəyin qazılması, boruların xəndəyə endirilməsi, düzülməsi və üstünün torpaqlanması işləri hazırda davam edir. Boru kəmərinin Azərbaycan hissəsi üçün lazım olan boru tədarükünün hamısı artıq Muğan, Kürdəmir, Yevlax, Qazançı və Dəllər borusaxlama sahələrindədir. Göyçayda ikinci üfüqi istiqamətdə qazma işləri də ilin ikinci rübündə tamamlanıb.

İkinci rübdə Gürcüstanda xəndəyin qazılması, boruların xəndəyə endirilməsi və düzülməsi işləri davam edib. Kəmər xəttinin inşası üzrə tikinti işləri artmaqda davam edib və 52 kilometrə yaxın boru qaynaq edilib, 28 kilometrdən çox boru örtüklənib, 17 kilometrə yaxın boru isə xəndəyə endirilib.

Hər iki kompressor stansiyasında tikinti-quraşdırma işləri davam edib. 1-ci kompressor stansiyasında işlər 57%, 2-ci kompressor stansiyasında isə 29% tamamlanıb. Ölçmə stansiyasının tikintisi 36% tamamlanıb və 2018-ci il üçün işlərin bitirilməsi planına uyğun davam edir.
banner

Oxşar Xəbərlər