• cümə axşamı, 28 mart, 23:12
  • Baku Bakı 13°C

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Azərbaycan prezidentini təbrik edib

14.04.18 16:45 649
Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Azərbaycan prezidentini təbrik edib
Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviç Azərbaycan prezidentiİlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir: "Hörmətli cənab prezident. Yenidən Azərbaycan Respublikasının prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Əminəm ki, Sizin zəngin təcrübəniz və peşəkarlığınız ölkənizin vətəndaşlarının rifahı naminə daha böyük tərəqqiyə nail olmağa imkan verəcək. Bosniya və Herseqovina Azərbaycanın səmimi dostudur və Siz qarşılıqlı əməkdaşlığın dərinləşməsinə və birgə layihələrin gerçəkləşməsinə töhfə verəcəyimizə əmin ola bilərsiniz. Cənab prezident, sevindirici haldır ki, Siz yeni prezidentlik dövründə tezliklə Bosniya və Herseqovinaya səfər edəcəksiniz. Bu, heç şübhəsiz ki, xalqlarımız arasında əməkdaşlığın və ənənəvi dostluğun daha da möhkəmlənməsinə töhfə olacaqdır. Bir daha Sizə dərin ehtiramımı ifadə edirəm”.
banner

Oxşar Xəbərlər