Boşanır - Uilyams bacılarının atası
ABŞ-ın məşhur tennisçiləri - Uilyams bacılarının ailəsində problem yaşanır.
Kaspi.az xəbər verir ki, Uilyams bacılarının 75 yaşlı atası Riçard
Uilyams 38 yaşlı həyat yoldaşı Lakeyşeydən ayrılmaq istəyir. O, boşanmaq üçün
məhkəməyə müraciət edib.
Riçard həyat yoldaşını alkoqollu içkilərə mey salmaqda və oğurluqda
ittiham edir. Ata Uilyams iddia edir ki, həyat yoldaşı onun imzasını
saxtalaşdıraraq, pul və bəzi əmlakları zəbt edib.
Onlar 2010-cu ildən bir yerdədirlər. Riçard bildirib ki, artıq 2016-cı
ildən həyat yoldaşı ilə birgə yaşamır. Onların 5 yaşlı oğlan övladı da var.
Uşaq Riçardla yaşayır.
Riçardın həyat yoldaşı ittihamlara cavab vermək istəməyib.