AZE | RUS | ENG |


Boris Tadiç: Azərbaycan Cənubi Qafqazda açar rolunu oynayır

Boris Tadiç: Azərbaycan Cənubi Qafqazda açar rolunu oynayır
Azərbaycan Cənubi Qafqazda açar rolunu oynayır. Hazırda bu ölkənin təşəbbüsü ilə bir sıra irimiqyaslı layihələr həyata keçirilməkdədir. Azərbaycanda müxtəlif dinlərə məxsus insanların ibadət etməsi üçün sinaqoq, kilsə və məscidlərin mövcudluğu ölkənizin bütün dinlərə hörmətlə yanaşdığını bir daha nümayiş etdirir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Beşinci Qlobal Bakı Forumunun iştirakçısı, Serbiyanın sabiq Prezidenti Boris Tadiç deyib.

İldən-ilə Forumun əhəmiyyətinin artdığını, əhatə dairəsinin genişləndiyini vurğulayan sabiq prezident mühüm məsələlərin müzakirəsi, səmərəli dialoqun qurulması baxımından bu tədbirin önəmini xüsusi qeyd edib.

Ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini deyən Boris Tadiç belə bir mötəbər tədbirdə müxtəlif dövlətlərin hazırkı və sabiq prezidentlərinin iştirakının Azərbaycanın həm də həmin ölkələrlə əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini bildirərək deyib: "Azərbaycanın Avropa İttifaqında istər siyasi, istərsə də mədəni sahələrdə sadiq dostları mövcuddur. Ölkənizin hər bir azərbaycanlının fəxr edə biləcəyi qədim tarixi, zəngin mədəniyyəti, incəsənəti, adət-ənənələri var. Azərbaycan iqtisadiyyatı və əməkdaşlığa yönəlmiş səyləri ilə digər ölkələr üçün gözəl nümunədir”.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7045
GBP 1 İngilis funt sterlinqi 2.1441
TRY 1 Türk lirəsi 0.4726
KWD 1 Küveyt dinarı 5.6574
SEK 1 İsveç kronu 0.1940
EUR 1 Avro 1.8536
CHF 1 İsveçrə frankı 1.7284
USD 1 ABŞ dolları 1.7238