• çərşənbə axşamı, 23 aprel, 22:39
  • Baku Bakı 20°C

Boris Nemtsovun qətlində təqsirli bilinənlərə hökm oxunub

13.07.17 12:43 1270
Boris Nemtsovun qətlində təqsirli bilinənlərə hökm oxunub
Moskva Dairə Hərbi Məhkəməsində müxalifətlideriBoris Nemtsovun qətlində təqsirləndirilən şəxslərə hökm oxunub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, məhkəmənin qərarı ilə Nemtsovun qətlində təqsirli bilinənlər 11 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər.

İşdə əsas fiqurant olan Zaur Dadayev 20 il həbs cəzasına məhkum edilib.
Qeyd edək ki,Boris Nemtsov2015-ci il fevralın 27-də gecə saatlarında Kreml yaxınlığında odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib. Martın 8-də məhkəmənin qərarı ilə Həmzət Baxayev, Tamerlan Əsgərxanov, Şahid Qubaşev, Anzor Qubaşev və Zaur Dadayev barəsində həbs-qətimkan tədbiri seçilib. 2015-ci ilin noyabr ayından beynəlxalq axtarışda olan, qətlin ehtimal edilən sifarişçisi və təşkilatçısı Ruslan Muxudinov haqqında istintaq isə davam edir.
banner

Oxşar Xəbərlər