• cümə, 29 Mart, 13:09
  • Baku Bakı 14°C

Boris Eyfmanın teatrı Bakıda öz tamaşasını göstərəcək

05.04.19 12:00 558
Boris Eyfmanın teatrı Bakıda öz tamaşasını göstərəcək
Boris Eyfmanın Sankt-Peterburq Dövlət Akademik Balet Teatrının yaradıcı kollektivi aprelin 25-də ilk dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində çıxış edəcək.
TeatrdanAZƏRTAC-a bildirilib ki, yaradıcı kollektiv "Günahın o biri tərəfi” adlı baleti ilə tamaşaçıların görüşünə gələcək.
Tanınmış balet truppasının Bakı qastrolu X Beynəlxalq M.Rostropoviç Festivalı çərçivəsində reallaşacaq.
B.Eyfmanın R.Vaqner, M.Musorqski və S.Raxmaninovun musiqisi əsasında səhnəyə qoyduğu "Günahın o biri tərəfi” baleti M.Dostoyevskinin "Karamazov qardaşları” romanının xoreoqraf tərəfindən yeni versiyada səhnə həllidir.
Qeyd edək ki, B.Eyfman tərəfindən tamaşanın ilk quruluşu 1995-ci ildə gerçəkləşib. Baletin Sankt-Peterburq şəhərində premyerası 2013-cü il aprelin 29-da olub.
banner

Oxşar Xəbərlər