• cümə, 19 Aprel, 13:39
  • Baku Bakı 25°C

Boris Conson: Vətəndaşlar Şotlandiyada ikinci referendumun keçirilməsini istəmir

06.05.21 10:45 429
Boris Conson: Vətəndaşlar Şotlandiyada ikinci referendumun keçirilməsini istəmir
Britaniyanın Baş naziri Boris Conson vətəndaşların Şotlandiyada ikinci bir referendumun keçirilməsini istəmədiyini bildirib.
AZƏRTACxəbər verir ki, Conson hazırkı vəziyyətin Şotlandiyada ikinci referendumun keçirilməsi üçün uyğun olmadığını söyləyib.
O əlavə edib ki, pandemiya ilə mübarizə aparılan bu günlərdə məsuliyyətsiz davranmaq olmaz və Birləşmiş Krallıqdakı hər kəs vəziyyəti yaxşı anlayır.
Şotlandiya parlamentinə sabah keçirilməli olan seçki kampaniyası zamanı namizədlər qalib gələcəkləri təqdirdə bölgənin müstəqilliyi üçün referendum keçirəcəklərini açıqlamışdılar.
Qeyd edək ki, 2014-cü ildə Şotlandiyada keçirilən müstəqillik referendumunda bölgə xalqı Krallığın tərkibində qalmağa səs vermişdi. Lakin son dövrlərdə aparılan sorğular zamanı müstəqilliyə dəstəyin artdığı müşahidə olunur.

banner

Oxşar Xəbərlər