• cümə, 19 Aprel, 08:54
  • Baku Bakı 13°C

Borclu şəxs qismində axtarışda olan 48 nəfər saxlanılıb

19.05.18 11:45 655
Borclu şəxs qismində axtarışda olan 48 nəfər saxlanılıb
Respublika Daxili İşlər Nazirliyi (DİN) ötən gün üzrə daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.
Trend-ə DİN Mətbuat Xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 104 cinayət faktı qeydə alınıb, onların da 31-i "isti izlər”lə açılıb.
Bundan başqa, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 56 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 48 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər