AZE | RUS | ENG |

Borc sahiblərini girov götürənlərə hökm oxunub

Borc sahiblərini girov götürənlərə hökm oxunub
İttiham olunanların hər biri 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Nərimanov rayon Məhkəməsində vətəndaşların girov götürülməsində təqsirli bilinən şəxslərin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında məhkəmə qarşısında Mətləb Eyvazov və Rüfət İsmayılov cavab verib. İttihama görə, hadisə ötən il noyabrın 28-də qeydə alınıb.
Mehman Vahabzadənin və Samid Mikayılovun pul borcu ilə əlaqədar Nəsimi rayonu ərazisində - Dəyanət İsmayılova məxsus ofisdə girov saxlanmaları barədə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olub. Bununla əlaqədar dərhal həyata keçirilən tədbirlər nəticəsində onlar girovluqdan azad ediliblər. İlkin araşdırmalarla müəyyən edilib ki, D.İsmayılov noyabrın 20-də M.Vahabzadəni və S.Mikayılovu aralarında olan 1,5 milyon dollarlıq borc məsələsini həll etmək adı ilə ofisinə dəvət edib və sonradan onların ofisdən çıxmalarına məhdudiyyət qoyub. Dəyanət İsmayılov borcu tam ödəyənə və mülkiyyətlərini onun adına keçirənə qədər onları girov saxlayacağını, əks təqdirdə isə işgəncə veriləcəyini bildirib. Araşdırmalar zamanı M.Vahabzadənin və S.Mikayılovun ayrı-ayrı şəxslərə ümumilikdə 3 milyon manat borclarının olduğu da müəyyən edilib. İstintaq həmçinin müəyyən edib ki, noyabrın 26-da D.İsmayılov Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə gedib. Onlara nəzarət etməyi isə ofisdə mühafizəçi işləyən M.Eyvazov və R.İsmayılova tapşırıb. Həmin şəxslərin girov saxlanılmaları ilə bağlı Daxili İşlər Nazirliyinə daxil olmuş məlumat əsasında noyabrın 28-də həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində səkkiz gün girov saxlanılan Mehman Vahabzadə və Samid Mikayılov qeyd edilən ofisin binasında bağlı qapılar arxasında ayrı-ayrı otaqlarda aşkar edilərək azad olunublar. Məhkəmənin hökmü Mətləb Eyvazov və Rüfət İsmayılovun hər biri 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6935
GBP 1 İngilis funt sterlinqi 2.2148
TRY 1 Türk lirəsi 0.3529
KWD 1 Küveyt dinarı 5.6107
SEK 1 İsveç kronu 0.1910
EUR 1 Avro 1.9828
CHF 1 İsveçrə frankı 1.7026
USD 1 ABŞ dolları 1.7000