• şənbə, 20 Aprel, 11:53
  • Baku Bakı 14°C

Boqotada partlayış törədilib, 3 nəfər ölüb, 11 nəfər yaralanıb

18.06.17 10:00 1005
Boqotada partlayış törədilib, 3 nəfər ölüb, 11 nəfər yaralanıb
Kolumbiyanın paytaxtı Boqotada ticarət mərkəzində güclü partlayış törədilib.APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Boqota meri Enrike Penyalosa partlayışın terror aktı olduğunu bildirib. Onun sözlərinə görə, insident nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.
Hadisə şahidlərinin sözlərinə görə, partlayış "Centro Andino” ticarət mərkəzinin ikinci mərtəbəsindəki tualetdə baş verib.
Hadisə yerinə təcili yardım maşınları və polislər cəlb edilib.
banner

Oxşar Xəbərlər