Bolt başlamamış bitirdi
Əfsanəvi
yamaykalı atlet Useyn Bolt futbolçu karyerasını bitirib.
Kaspi.az xəbər
verir ki, bu barədə Bolt özü məlumat verib. O, futbolçu karyerası ilə bağlı
"bu, maraqlı təcrübə oldu” deyib.
Əslində, Boltun
futbolçu karyerası demək olar ki, alınmadı. O, sadəcə, Dortmund
"Borussiya”sında və Norveçin "Stromsqodset” klublarında məşq etdikdən sonra
Avstraliyanın "Çentral Kost Mariners” klubuna keçmişdi.
Bu klubda bir
neçə ay məşq etdikdən sonra ötən ilin noyabrında Avstraliyanı tərk etmişdi.