• çərşənbə axşamı, 19 mart, 15:01
  • Baku Bakı 8°C

Bolt Avropa klubundan 2 illik təklif alıb

16.10.18 13:15 511
Bolt Avropa klubundan 2 illik təklif alıb
Səkkizqat olimpiya çempionu Useyn Bolt Avropanın futbol klublarından birindən təklif alıb.
Kaspi.az xəbər verir ki, bu barədə məlumatı Boltun agenti Toni Rallis verib. Rallis klubun adını açıqlamayıb.
Ancaq bildirib ki, həmin klubun yeni sahibi var. Yeni rəhbərlik isə komandanı Çempionlar Liqasının qrup mərhələsində görmək istəyir.
Agent, Bolta 2 illik müqavilə təklif olunduğunu da bildirib. Onu da qeyd edək ki, Useyn Bolt peşəkar futbolçu karyerasına Norveçin "Stromqodset” komandasında başlayıb. O, bir neçə ay əvvəl Avstraliyanın "Sentral Kost Mariners” klubuna transfer olunub.
banner

Oxşar Xəbərlər