• cümə, 29 Mart, 00:27
  • Baku Bakı 7°C

Bolqarıstanın sabiq prezidenti: “Dünyadakı münaqişələrin həlli yalnız münaqişə tərəflərindən asılı deyil"

16.03.17 16:50 514
Bolqarıstanın sabiq prezidenti: “Dünyadakı münaqişələrin həlli yalnız münaqişə tərəflərindən asılı deyil"
"Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Donald Tramp Avropaya inteqrasiyanı başa düşmür. O heç bununla maraqlanmır. O deyir ki, Amerika birinci olmalıdır".
APA-nın xəbərinə görə, bunu Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliev V Qlobal Bakı Forumu çərçivəsində "Transatlantik münasibətlərin gələcəyi: Siyasi realizmə qayıdış" mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Tramp əvvəlki prezidentlərlə müqayisədə daha çox Konqresdən asılı olacaq: «Bu gün dünyadakı münaqişələr, istərSuriya, istər İsrail-Fələstin və digər münaqişələrin həlli yalnız bu dövlətlərdən asılı deyil”.
banner

Oxşar Xəbərlər