• cümə axşamı, 25 aprel, 02:39
  • Baku Bakı 19°C

Bolqarıstanın sabiq prezidenti: "Azərbaycan beynəlxalq forumun keçirilməsi üçün ən yaxşı ölkədir"

16.03.17 12:45 570
Bolqarıstanın sabiq prezidenti: "Azərbaycan beynəlxalq forumun keçirilməsi üçün ən yaxşı ölkədir"
"Azərbaycan elə ölkədir ki, burada müxtəlif millətlərin, müxtəlif dinlərin nümayəndələri yaşayır. Ona görə də Azərbaycan beynəlxalq forumun keçirilməsi üçün ən yaxşı ölkədir".
APA-nın xəbərinə görə, bunu Bakıda səfərdə olan Bolqarıstanın sabiq prezidenti Peter Stoyanov deyib.
O bu gün Bakıda keçirilən V Qlobal Forumun əhəmiyyəti barədə danışıb: "Bu çox vacib bir forumdur. Burada dünya ölkələrinin sabiq və hazırkı liderləri toplaşır ki, qlobal problemləri müzakirə etsinlər".
Azərbaycan-Bolqarıstan münasibətlərinə toxunan P. Stoyanov bu əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini qeyd edib.
banner

Oxşar Xəbərlər