• cümə, 29 Mart, 16:55
  • Baku Bakı 14°C

Bolqarıstanın Burqas şəhərində Azərbaycan mədəniyyəti təqdim olunub

04.07.18 14:30 674
Bolqarıstanın Burqas şəhərində Azərbaycan mədəniyyəti təqdim olunub
Bolqarıstanın Burqas şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinin qeyd olunması çərçivəsində "Bakı – qədimlik və müasirliyin harmoniyası” adlı foto-sərgi təşkil olunub və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu "Əli və Nino” filmi nümayiş etdirilib.

APA-nın xəbərinə görə, tədbirin açılışında Mədəniyyət Mərkəzinin rəhbəri L. Kutieva çıxış edərək Azərbaycan mədəniyyəti gecəsinə məhz rəhbərlik etdiyi qurumun ev sahibliyi etməsindən məmnunluğunu ifadə edərək səfirliyə təşəkkürünü bildirib. Burqas şəhərmerinin müavini Y. Ananieva Burqasda Azərbaycan mədəniyyəti gecəsinin təşkilini şəhərin mədəni təqvimində mühüm hadisə olduğunu, mədəni körpülərin çox güclü olduğunu və məhz bu amilin iki xalq arasında münasibətlərin daha gücləndirilməsinə imkan yaradacağına əminliyini bildirib.

Gecədə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri N. Qurbanova cari ilin müsəlman və türk dünyasında ilk demokratik respublika -AXC-nin 100 illik yubileyi ilə əlaqədar olduğunu söyləyib. Səfir bu əlamətdar yubileyin qeyd edilməsi üçünBolqarıstanın müxtəlif şəhərlərində silsilə tədbirlərin keçirildiyi barədə məlumat verib.

Daha sonra "Əli və Nino” filmi barədə danışanN. Qurbanova 120 yaşlı Azərbaycan kinematoqrafiyasının parlaq nümunələrindən olan bu filmin Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələri ilə bağlı olduğunu qeyd edib.
banner

Oxşar Xəbərlər