• cümə axşamı, 18 aprel, 09:56
  • Baku Bakı 12°C

Bolqarıstanın baş naziri koronavirusa yoluxub

26.10.20 10:15 449
Bolqarıstanın baş naziri koronavirusa yoluxub
COVID-19 xəstəsi olan bir şəxslə təmasda olduğu üçün özünü təcrid edən Bolqarıstanınbaş naziri Boyko BorisovunCOVID-19 testimüsbət nəticə göstərib.
APA"RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə baş nazir özü bildirib.
"Regional tibbi yoxlama qurumunun mənim karantinimi ləğv etməsinə baxmayaraq, cümə günü bütün iclaslarımı və kütləvi tədbirlərimi önümüzdəki günlərədək təxirə saldım. İki koronavirus testindən sonra bu gün nəticəm müsbət oldu”, - deyə baş nazir rəsmi "Facebook” hesabında yazıb.
B.Borisov ümumilikdə "ümumi halsızlıq” hiss etdiyini və indi "evdə müalicə aldığını” qeyd edib.

banner

Oxşar Xəbərlər